2019-cu ilin birinci yarısında Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının profisiti $3 mlrd.61,5mln. təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan məlumat verilib.
Xəbər verildiyi kimi, 2018-ci ilin yanvar-iyun aylarında Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının profisiti $3 mlrd.522,8mln. təşkil edib. Beləliklə, birinci yarımillik ərzində profisit13,1% azalıb.
2019-cu ilin yanvar-iyun aylarında Azərbaycanda ÜDM $22 mlrd.250,1 mln.təşkil edib. Beləliklə, cari əməliyyatlar hesabının profisiti ÜDM-nin13,8%-nə bərabər olub.
Mərkəzi Bankın saytında dərc olunmuş tədiyə balansına əsasən, 2019-cu ilin yanvar-iyun ayları ərzində neft-qaz sektoru üzrə profisit $6,2 mlrd. (azalma 2,1%), qeyri-neft sektoru üzrə kəsir $3,1 mlrd. (artım 11,9%) təşkil edib.
2019-cu ilin birinci yarısında bir barrel neftin orta qiyməti $65 təşkil edib.
2019-cu ilin birinci yarısında xarici ticarət dövriyyəsinin həcmi $15 mlrd. təşkil edib və Azərbaycan xarici ticarətdə $4,9 mlrd. məbləğində profisitə malik olub. Xarici ticarət dövriyyəsinin 13,4%-i MDB, 86,6%-i uzaq xarici ölkələrin payına düşüb.
$9,9 mlrd. həcmində ixracın strukturunda neft ixracı $9 mlrd., bilavasitə neft və neft məhsullarının ixrac həcmi $7,7 mlrd., o cümlədən neft ixracı $7,4 mlrd. təşkil edib.
$5 mlrd. həcmində idxalın strukturunda $2,4 mlrd. istehlak mallarının, o cümlədən $771 mln. ərzaq mallarının payına düşüb. I yarımillikdə ölkəyə $456,1 mln. dəyərində (bütün idxalın 9%-i) avadanlıq və xüsusi mallar idxal edilib.
2018-ci ildə Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının profisiti $6 mlrd. 51,1 mln. təşkil edib ki, bu da 2017-ci illə müqayisədə 3,6 dəfə çoxdur.*
Ə.Məmmədov