Milli Məclisin Mədəniyyət Komitəsi bu gün payız sessiyasının iş planını təsdiqləyib. Bu barədə "İnterfaks-Azərbaycan" agentliyinin müxbiri xəbər verir.
Plana əsasən, payız sessiyasında komitə üzvləri 4 qanun layihəsini - “Kinematoqrafiya haqqında”, “Azərbaycan muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında”, “Yazılı abidələr haqqında” və “Kabel şəbəkəsi yayımı haqqında” qanun layihələrini müzakirə etməyi planlaşdırırlar.
İclasda bildirilib ki, parlamentin yaz sessiyasında komitə 8 iclas keçirib. Bu iclaslarda 15 məsələ, o cümlədən 11 qanun layihəsi müzakirə olunub.*
X.Nəsirzadə