Azərbaycan 2019-cu ilin yanvar-avqust aylarında ərzaq məhsullarının idxalını 14% - $996 mln. 772,4 minədək artırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Ərzaq idxalının strukturunda əsas həcm – 852,878 min ton (artım 16,6%) buğdanın ($186 mln. 213,41 min), 198,497 min ton (artım 6%) meyvə-tərəvəz məhsullarının ($119 mln. 632,61 min), 33,21 min ton (artım 10%) ətin ($50 mln. 138,31 min), 102,578 min ton (azalma 1,2%) bitki və heyvan mənşəli yağların ($85 mln. 707,83 min) payına düşüb.
2019-cu ilin yanvar-avqust aylarında Azərbaycana $42 mln. 193,3 min dəyərində 8 min 424,82 ton kərə yağı (artım 5,1%) idxal edilib.
Hesabat dövründə Azərbaycana bütün idxalın 10,62%-i ərzaq məhsullarının payına düşüb.*
N.Abbasova