Azərbaycan prezidenti İlham Əliyev Bakı şəhərində 380 çoxmənzilli binanın dam örtüyünün təmiri məqsədilə 10 mln. manat ayırmağı tapşırıb.
Bu vəsait Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Bakı Şəhər İcra Hakimiyyətinə ayrılacaq Əliyevin “Bakı şəhərində çoxmənzilli binaların dam örtüklərinin təmiri ilə bağlı tədbirlər haqqında”
sərəncamı çərşənbə günü dövlət başçısının saytında dərc olunub. **
F.İsazadə