“Azərbaycan Dəmir Yolları” QSC Xudat-Şahdağ dəmir yolunun tikinti layihəsi çərçivəsində məsləhətçi seçiminə dair tender elan edib. Bu barədə “İnterfaks-Azərbaycan”a cəmiyyətdən məlumat verilir.
Xudat stansiyasından Şahdağ turizm kompleksinədək dəmir yolunun uzunluğu 57 km-dir.
Məsləhətçinin vəzifələrinə dəmir yolunun çəkilməsi məqsədilə trasın seçimi, layihə və sənədlərin hazırlanması, enerji təchizatı və rabitə və xəbərdarlıq sistemi ilə bağlı konseptual layihənin tərtib edilməsi daxil olacaq.
Tenderdə iştirak üçün dövlət rüsumu 200 manat təşkil edir.
Tender üzrə təkliflərin qəbulu oktyabrın 31-dək (saat 18:00) həyata keçiriləcək.
Tender proseduru noyabrın 1-də saat 15:00-da baş tutacaq. **
A.Əzizov