Azərbaycanın 9 şəhərinin baş planı təsdiq olunma mərhələsindədir. Bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədrinin müşaviri Rüfət Mahmud deyib.
“Azərbaycanın 4 şəhərin Baş Planı artıq təsdiq olunub. Bundan əlavə, daha 9 şəhərin baş planı hazırlanıb və təsdiqini gözləyir”, - Mahmud cümə axşamı “Caspian Energy Forum–2019”-da bildirib.
O əlavə edib ki, yaxın 20 il üçün Bakının inkişafının Baş Planı üzərində iş davam etdirilir. **
B.Rüstəmbəyov