5 noyabr 2019-cu il tarixində "Rəvan Sığorta"ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə şirkətdən məlumat verilib.
“Yığıncağın gündəliyində duran əsas məsələ “Rəvan Sığorta” ASC-nin Direktorlar Şurasının üzvü Famil Nəsibovun səlahiyyət müddətinin növbəti 3 il müddətinə uzadılması ilə bağlıdır”, – deyə məlumatda bildirilir.
“Rəvan Sığorta” şirkəti 1998-ci ildən Azərbaycanın sığorta bazarında fəaliyyət göstərir. Şirkətin nizamnamə kapitalı 8 mln. 900 min 71,2 manatdır.*
A.Əzizov