Neft məhsullarına olan tələbatının təqribən 100%-ni idxal hesabına təmin edən Gürcüstan 2019-cu ilin yanvar-avqust aylarında ölkəyə 676,8 min ton benzin və dizel yanacağı idxal edib, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 7,7% azdır. Bu barədə Gürcüstanın Neft Məhsulları İdxalçıları Birliyi məlumat verir.
8 ay ərzində ölkəyə 349,1 min ton benzin (il ərzində azalma3,7%), 327,7 min ton dizel yanacağı (azalma 11,6%) idxal olunub.
Məlumata əsasən, ən iri həcmdə yanacaq Gürcüstana Rusiyadan idxal olunub - yanvar-avqust ayları ərzində tədarükün həcmi 3,1% - 197,4 min tonadək artıb (ümumi idaxl həcminin 29.2%-i). Sonra Rumıniya - 190,5 min ton yanacaq (28,1%), Türkmənistan – 122,4 min ton (18,1%), Azərbaycan – 69,6 min ton (10,3%), Bolqarıstan – 60,3 min ton (8,9%) və digər ölkələr gəlir.
Milli Statistika Xidmətinin məlumatına əsasən, 2019-c u ilin yanvar-avqust ayları ərzində Gürcüstanda yanacaq (benzin və dizel) 3,7%, il ərzində (2018-ci ilin avqust ayından)- 5,8% bahalaşıb.
2018-ci ildə Gürcüstan ölkəyə 1 mln. 98,9 min ton benzin və dizel yanacağı tədarük edib, bu da bir il əvvələ olan göstəricidən 0,3% çoxdur. **