Sərnişindaşıma fəaliyyəti göstərən “Kral Tranport” MMC tərəfindən 39 nömrəli müntəzəm marşrut üzrə “İsuzu” markalı avtobuslar xəttə buraxılıb. Bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) məlumatında deyilir.
“Sentyabrın21-dən 39 nömrəli müntəzəm marşrut üzrə sərnişinlərə müasir “İsuzu” markalı avtobuslarla xidmət göstərilir. Xətt üzrə sərnişindaşıma fəaliyyəti göstərən “Kral Tranport” MMC tərəfindən 10 ədəd yeni sərnişin avtobusları gətirilib”, - deyə məlumatda bildirilir.
“İsuzu Citibus” markalı avtobuslar "Avro 5" standartlarına cavab verməklə yanaşı, sərnişinlərə göstərilən xidmətin keyfiyyətinin artırılmasına imkan verir. Yeni avtobuslardan fiziki imkanları məhdud şəxslər, eləcə də uşaq arabası ilə olan sərnişinlər rahat istifadə edə biləcəklər.
“Avtobus parkının yenilənməsi işləri çərçivəsində ölkə başçısının müvafiq sərəncamına əsasən, paytaxta 300 nəqliyyat vasitəsi gətirilməkdədir. Artıq avtobusların müəyyən hissəsi Bakı şəhərindədir. Gətirilən avtobusların 20 ədədi 18 metrlikdir”, - deyə məlumatda qeyd olunur.*
N.Abbasova