24.09.2019 12:01

ƏƏSMN Qarabağ müharibəsi əlilləri üçün mənzillərin alınmasına 4 mln. manatdan çox məbləğ yönəldəcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün mənzillərin alınmasına 4 mln. manatdan çox məbləğ yönəldəcək.

www.tender.gov.az saytının məlumatına əsasən, nazilrik bununla əlaqədar 4 mln. 51,05 min manat ümumi məbləğdə 4 müqavilə imzalayıb.

"EVRO İnşaat" MTK ilə 1 mln. 222,65 min manat, "UNİSTONE" MMC ilə - 955,26 min manat məbləğində müqavilə imzalanıb.

Bundan başqa, fiziki şəxslərlə 936,456 min manat və 936,675 min manat məbləğində iki müqavilə imzalanıb. **

B.Rüstəmbəyov


Çap etmək
Bütün məlumat şəxsi istifadə üçün nəzərdə tutulub və bu nəşrdə yerləşdirilib, İnterfaks-Azərbaycandan yazılı icazə olmadan daha sonrakı əks etdirmə və yaxud istənilən formada yayıma icazə verilmir.