Oktyabrın 9-da İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) təşkilatçılığı ilə Bakıda “Rəqəmsal ticarət forumu: İpək Yolunun rəqəmsallaşması” mövzusunda III beynəlxalq konfrans keçiriləcək.
“Konfransda rəqəmsal layihələr, maliyyə və bank texnologiyaları, eləcə də e-hökumət həlləri müzakirə mövzusu olunacaq”, - Mərkəzin məlumatında qeyd olunur.
Forumun işində ABŞ, İsrail, Rusiya, Böyük Britaniya, Estoniya, Türkiyə, İspaniya və digər ölkələrdən 200-dək nümayəndə iştirak edəcək.
Konfransda, həmçinin ilk dəfə olaraq dövlət-özəl tərəfdaşlığı sazişinin mobil imza ilə imzalanması planlaşdırılır. **
B.Rüstəmbəyov