Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan BMT Baş Assambleyasında çıxışı zamanı Dağlıq Qarabağın cari statusunu qəbuledilməz adlandırıb.
“Bütün qəbul olunmuş qətnamələrə baxmayaraq, Dağlıq Qarabağ və Azərbaycan ərazisi olan ətraf rayonların hələ də işğal altında olması qəbuledilməzdir”, - Ərdoğan çərşənbə axşamı Nyu-Yorkda BMT Baş Assambleyasında çıxışı zamanı bildirib. **