Sumqayıt Şəhər İcra Hakimiyyəti “Ximekspress-2000” şirkəti ilə şəhərdə təmir işlərinin həyata keçirilməsi haqqında müqavilə bağlayıb.
www.tender.gov.az saytında dərc olunmuş məlumata görə, “Ximekspress-2000” şirkəti ilə şəhər yollarının asfalt örtüyünün təmiri ilə bağlı işlərin həyata keçirilməsi haqqında müqavilə bağlanılıb.
Müqavilənin dəyəri 389,711 min manatdır.*
X.Nəsirzadə