“SOCAR Turkiye Enerji” şirkəti (SOCAR-ın törəmə strukturu) sentyabrın 25-də İzmir şəhərində Əliağa rayonunda Bunlardan “SOCAR Depolama” terminalında çənlərin genişləndirilməsi layihəsi istifadəyə verilib. Bu barədə SOCAR-dan məlumat verilir.
“SOCAR Depolama” terminalında çənlərin genişləndirilməsi layihəsi ümumilikdə 350 min kubmetrlik tutuma malik 12 çəni əhatə edir. Obyektin tikintisi 2017-ci ilin sentyabrında başlanıb. Yeni layihənin həyata keçirilməsi ilə hazırda Egey bölgəsinin ən böyük saxlama terminalı olan bu obyekt Türkiyənin 5 böyük terminalından birinə çevrilib”, - məlumatda qeyd olunur.
SOCAR-ın məlumatına görə, öncə “SOCAR Depolama” terminalında yanacağın saxlanılması terminalının ümumi tutumu 200 min kubmetr, LPG saxlanılması üzrə - 45 min kubmetr təşkil edib.
Bundan əlavə, sentyabrın 25-də İzmirdə “STAR” NEZ-in ərazisində xam neft və ara məhsul çənləri layihəsinin təməli qoyuldu. 342 min kubmetr saxlama imkanı yaradan bu layihənin 2021-ci ilə tamamlanması nəzərdə tutulur.
“Yeni investisiyalar “SOCAR Turkiye Enerji”nin istifadə edəcəyi anbarların tutumunu 2,5 milyon kubmetrə çatdırmağa imkan verəcək”, - məlumatda qeyd olunur.
Hər iki tədbirdə SOCAR-ın və prezidenti Rövnəq Abdullayev “SOCAR Turkiye Enerji” şirkətinin baş icraçı direktoru Zaur Qəhrəmanov və digər şəxslər iştirak ediblər.
“Fəaliyətlərimizin mühüm bir hissəsini təşkil edən neft-kimya investisiyalarımız Azərbaycan iqtisadiyyatı üçün əlavə dəyər yaradaraq uzunmüddətli dayanıqlı gəlir mənbəyi təmin edir, eyni zamanda həm bölgəyə, həm də Türkiyəyə böyük mənfəət gətirir”. Son 10 il ərzində “Petkim”in ümumi gəlirləri 47,2 mlrd. lirə təşkil edib, xalis mənfəəti isə 4 mlrd. lirəni ötüb”, - məlumatda Abdullayevin sözlərindən sitat gətirilir.
SOCAR-ın prezidenti həmçinin məlumat verib ki, STAR NEZ-də artıq 4 mln. ton xam neft emal olunub. Cari ilin sonuna qədər bu rəqəm 8 mln. tona çatacaq.
“Saxlama obyektlərinin tutumunun artırılmasının STAR zavodunun məhsuldarlığına, emal təhlükəsizliyinə və istehsal olunacaq məhsulların bazarda ən optimal kommersiya şərtləri ilə reallaşdırılmasına mühüm töhfə verəcək”, - Abdullayev qeyd edib.
Öncə “SOCAR Turkiye Enerji” şirkətinin baş icraçı direktoru Zaur Qəhrəmanovbildirib ki, “STAR” NEZ-in Türkiyədə neft və neft məhsullarının saxlanılması üzrə gücünün artırılmasına $600 mln. sərmayə yatıracaq.
19 oktyabr 2018-ci il tarixində STAR NEZ-in işə salınması mərasimi keçirilib. NEZ-də “Azeri Light”, “Kərkük” və “Urals” kimi neft markalarının emalı planlaşdırılır.
Zavodda illik 1,6 mln. ton nafta, 1,6 mln. ton reaktiv yanacaq, 4,8 mln. ton ultra aşağı kükürd tərkibli dizel yanacağı, 700 min ton neft koksu, 420 min ton qarışıq ksilol, 480 min ton reformat və 160 min ton kükürd istehsal olunacaq.
Zavodun tikintisi “Petkim” neft-kimya kompleksini xammalla təmin etməyə və SOCAR-ın dizel yanacağı, aviasiya kerosini, eləcə də kimya sənayesi üçün xammalla Aralıq dənizi bazarına çıxmasına imkan verəcək. SOCAR “STAR” NEZ-in tikinti layihəsinə $6,3 mlrd. sərmayə yatırıb. **
N.Abbasova