2019-cu ilin yanvar-avqust aylarında “AccessBank” depozit portfelini 32,7% - 674 mln. manatadək artırıb. Bunu bankın İdarə Heyətinin sədri Anar Həsənov deyib.
"2019-cu ilin əvvəlindən bankın depozit portfeli 166 mln. manat artaraq avqustun sonuna 674 mln. manata çatıb. Keçən ilin eyni dövründə isə depozit portfeli 72 mln. manat artıb", - deyə A.Həsənov bu gün Bakıda keçirilən Azərbaycan-Almaniya biznes forumunda bildirib.
O əlavə edib ki, yeni əmanətlərin mütləq əksəriyyəti - 164 mln. manat milli valyutada cəlb olunub.
“AccessBank” Azərbaycanda 2002-ci ildən fəaliyyət göstərir və ölkənin aparıcı banklarının onluğuna daxildir. Bankın bütün səhmdarları xarici banklar və maliyyə institutlarıdır.*
Ə.Məmmədov