Ankara İrandan neft və qaz alınmasını dayandırmağı mümkün hesab etmir. Bunu Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan BMT Baş Assambleyasının iclası keçirildiyi Nyu-Yorkdan yola düşmədən əvvəl bəyan edib.
“Bizim üçün İranla neft-qaz sahəsində münasibətləri durdurmaq mümkün deyil. Biz oradan qaz alışını davam edəcəyik”, - qərb mətbuatı prezidentin jurnalistlərə dediyi sözlərdən sitat gətirir.
Eyni zamanda, Ərdoğan etiraf edib ki, İrandan neft alışı zamanı Türkiyə problemlərlə üzləşir, çünki “ABŞ-ın təhdidləri” ölkənin özəl sektoruna təsir edib.
Buna baxmayaraq, Ərdoğan gləcəkdə də, o cümlədən ticarət sahəsində Tehran ilə münasibətləri inkişaf etdirmək niyyətində olduğunu ifadə edib. **