Azərbaycan prezidenti İlham Əliyev cümə günü Fransanın Bakıdakı səfirliyində olub. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
“Əliyev Fransanın sabiq prezidenti Jak Şirakın vəfatı ilə əlaqədar matəm kitabına ürək sözlərini yazıb”, - məlumatda qeyd olunur.
Fransanın Le Figaro nəşrinin verdiyi məlumata əsasən, Fransanın keçmiş prezidenti Jak Şirak cümə axşamı Parisdəki evində vəfat edib. Jak Şirak 1995-2007-ci illərdə Fransanın prezidenti olub. **
F.İsazadə