RF prezidenti Vladimir Putin “İnterfaks”ın kollektivi və veteranlarını agentliyin 30 illiyi münasibətilə təbrik edib, o cümlədən rəqəmsal texnologiyalar sahəsində qabaqcıl təcrübənin istifadəsi hesabına informasiya bazarında agentliyinin lider mövqeyini qeyd edib.
“Informasiya işində əsas dəyişiklikləri və terndləri diqqətlə izləməyiniz vacibdir. Öz ideyalarınızdan mükəmməl istifadə edərək, rəqəmsal texnologiyalar daxil olmaqla, qabaqcıl dünya təcrübəsini tətbiq edirsiniz, eyni zamanda, agentliyin sələfləri, veteranlarının ən yaxşı ənənələrinə sadiqliyi qoruyursunuz”, - prezidentin “İnterfaks”a daxil olan təbrik teleqramında deyilir.
Putin qeyd edir ki, “İnterfaks”ın 30 illiyi – “agentliyiniz, ölkənin bütün ictimai həyatı üçün əlamətdar tarixdir”. “Müasir Rusiyanın ilk müstəqil KİV-lərindən biri olan “İnterfaks” məlumat bazarının inkişafında hər zaman fəal iştirak edib, jurnalistikanın hüfuzu və etibarının möhkəmlənməsinə böyük töhfə verir”, - prezident yazır.
“Kütləvi media ”kimi mürəkkəb dinamik sahədə peşəkar uğur, ilk növbədə əməkdaşlardan asılıdır”, - dövlət başçısı hesab edir.
“Bu gün “Interfaks” bu cür müxbir, icmalçı, redaktorlar sayəsində mühüm nəticələr əldə etməyə, lider mövqe tutmağa davam edir”, - Putin vurğulayır.
“Əminəm ki, çox sayda gənc istedadların cəmləşdiyi kollektiviniz bundan sonra da əlini hadisələrin “nəbzində” tutacaq, abunəçilərə operativ və düzgün informasiya çatdıracaq. Təkmilləşəcək və maraqlı perspektivli ideyalar reallaşdıracaq”, - prezidentin təbrikində deyilir.
Putin “İnterfaks”ın kollektivinə can sağlığı, uğurlar və yeni parlaq nailiyyətlər arszu edib. **