Noyabrın 29-da Azərbaycanda Milli Turizm Sammiti keçiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Turizm Agentliyinin (DTA) mətbuat katibi Kənan Quluzadə məlumat verib.
“Sammit noyabrın 29-da BakıKonqres Mərkəzində keçiriləcək”, - deyə məlumatda bildirilir.
DTA sammitin təşkili üçün şirkət seçimi üzrə tender elan edib.
Tenderdə iştirak haqqı 150 manatdır.
Tender təklifləri 13 noyabr saat 17:00-dək qəbul olunur. Təklif zərfləri 14 noyabr saat 11:00-da açılacaq.
Əlaqələndirici şəxs: Mehman Bayramov. Telefon: (+994 12)505-87-04 (daxili nömrə: 2304). E-mail:mehman.bayramov@tourism.gov.az
Ünvan: Bakı ş., Nizami küç. 96Е, Landmark I, 3-cü mərtəbə.*
X.Nəsirzadə