3 və 4 oktyabr tarixlərində RF prezidenti Vladimir Putin Soçiyə işgüzar səfər edəcək. Bu barədə çərşənbə günü Kremlin mətbuat xidməti məlumat verib.
Oktyabrın 3-də Putin “Valday” diskussiya klubunun XVI iclasının “Dünya quruluşu: Şərqdən baxış” mövzusunda plenar sessiyasında iştirak edəcək.
Putin ilə birlikdə plenar sessiyada Azərbaycan prezidenti İlham Əliyev, İordaniyanın kralı II Abdulla, Qazaxıstan və Filipin prezidentləri Qasım-Jomart Tokayev və Rodriqo Dutertenin iştirakı gözlənilir.
Forum çərçivəsində Rusiya prezidentinin Azərbaycan, Qazaxıstan və Filipin liderləri, həmçinin İordaniyanın kralı ilə ikitərəfli və regional gündəliyin aktual məsələlərinə dair ayrıca görüşləri planlaşdırılır. **