Ermənistan Silahlı Qüvvələri dövlət sərhədində təmas xəttində Azərbaycan vətəndaşını qətlə yetiriblər. Bu barədə Dövlət Sərhəd Xidmətindən (DSX) məlumat verilir.
“2 oktyabr tarixində saat 16:55 radələrində Qazax rayonunun Quşçu Ayrım kəndi istiqamətində təminat yollarının salınması ilə məşğul olan ekskavatorumuz düşmən tərəfindən atəşə tutulub. Nəticədə ekskovatorun sürücüsü, mülki şəxs Abışov Səfərəli Ələkbər oğlu güllə yarası alıb”, - DSX məlumat verir.
Bildirilir ki, hadisə yerində dərhal mümkün tibbi yardım göstərilməklə yaralının təcili təxliyyəsi təmin olunub, lakin görülən tədbirlərə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
“Düşmən bölmələrinin atəş nöqtələri cavab atəşilə susdurulub”, - DSX vurğulayır. **
B.Rüstəmbəyov