Cari ildə Azərbaycanda mərkəzi bankçılığın yaranmasının 100-cü ildönümü və Dövlət Neft Fondunun yaranmasının 20-ci ildönümünün qeyd olunması münasibətilə Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən yubiley pul nişanları tədavülə buraxılıb. Bu barədə AMB-nin məlumatında deyilir.
“Yubiley pul nişanlarının çəkisi 1 troy unsiyası, diametri isə 38,61 millimetr təşkil edir. Pul nişanları Böyük Britaniyanın “The Royal Mint” şirkətində istehsal edilib”, - deyə məlumatda bildirilir.
Pul nişanlarının nominal dəyəri 5 AZN təşkil edir.*
Ə.Məmmədov