Qırğızıstan hökuməti Azərbaycanla iqtisadi əməkdaşlığın səviyyəsindən narazıdır. Bunu Qırğızıstan baş nazirinin birinci müavini Kubatbek Boronov deyib.
“Təəssüf ki, rəqəmlər göstərir ki, Azərbaycan və Qırğızıstan ticarət-iqtisadi əməkdaşlığın potensialından tam istifadə etmir”, - Boronov bazar ertəsi Bişkekdə Azərbaycan və Qırğızıstan arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclasında bildirib.
www.tazabek.kg saytının məlumatına əsasən, onun sözlərinə görə. iki ölkə arasında ticarət dövriyyəsinin həcmi kiçikdir və 2018-ci ildə $5 mln.-a yaxın təşkil edir.
“2019-cu ilin 6 ayı ərzində ticarət dövriyyəsinin artımı 170% təşkil edib. Biz ekoloji təmiz məhsulların – bal, kartof, lobya, ət məhsullarının Azərbaycana ixracında maraqlıyıq. Azərbaycan yağ, toxum və s. məhsulların Qırğızıstana ixracı potensialına malikdir”, - Boronov bildirib.
O, həmçinin vurğulayıb ki, ticarət-investisiya münasibətlərinin inkişafı üçün biznes forumlar və sərgilər keçirmək, əməkdaşlığı aktivləşdirmək və əlaqələri genişləndirmək lazımdır.
“2020-ci ildə birgə biznes forumun keçirilməsi planlaşdırılır”, - K.Boronov əlavə edib. **
B.Rüstəmbəyov