“Bakı Metropoliteni” QSC müxtəlif mühafizə vasitələrinin alınmasına təxminən 600 min manat yönəldəcək.
www.tender.gov.az saytında dərc olunmuş məlumata görə, «Debet Uniform Ltd» MMC ilə 582,596 min manat dəyərində müvafiq müqavilə imzalanıb.
Bakı Metropoliteni 1967-ci ildən fəaliyyət göstərir. Hazırda metropoliten 3 xətt (yaşıl, qırmızı və bənövşəyi) və 25 stansiyadan ibarətdir. Metro ilə ildə 200 mln. nəfərdən çox sərnişin daşınır.*
B.Rüstəmbəyov