Azərbaycanda aqroparkların yaradılması üzrə güzəştli kreditləşmənin həcmi 192 mln. manata çatıb. Bu barədə “İnterfaks-Azərbaycan”a İqtisadiyyat Nazirliyindən məlumat verilib.
“İndiyədək 27 aqropark və fermer təsərrüfatlarının yaradılmasına 192 mln. manat məbləğində güzəştli kredit ayrılıb”, - nazirlikdən bildiriblər.
Həmçinin, vurğulanıb ki, hazırda Azərbaycanın 33 rayonunda 51 aqroparkın yaradılması işləri həyata keçirilir.
Xəbər verildiyi kimi, cari ildə 10 aqroparkın istifadəyə verilməsi planlaşdırılır. Ümumilikdə, Azərbaycanda 200 min hektara yaxın ərazidə 51 aqroparkın yaradılması planlaşdırılır. Onların yaradılmasına investisiyalar 2,4 mlrd. manat həcmində qiymətləndirilir.
Bu layihələrin icrası nəticəsində 4 mindən çox yeni iş yeri yaradılacaq. **
B.Rüstəmbəyov