“Aqrolizinq” pestisidlərin satınalınmasına dair 3 mln. 668,915 min manat ümumi məbləğdə iki müqavilə imzalayıb.
www.tender.gov.az saytında dərc olunan məlumata görə, pambıq, meyvə bağları və çəltik üçün pestisidlərin satınalınmasına dair "Longmar Netvorks LTD" ilə müqavilə imzalanıb. Müqavilənin dəyəri 1 mln. 363,415 min manatdır.
İkinci müqavilə taxılçılıq üçün pestisidlərin satınalınmasına dair "EMA" MMC ilə imzalanıb. Müqavilənin dəyəri – 2 mln. 305,5 min manatdır.
“Aqrolizinq” ASC 2004-cu ilin oktyabr ayında təsis olunub və Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxildir. **
B.Rüstəmbəyov