Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi özünüməşğulluq tədbirlərini həyata keçirmək məqsədilə əhalinin özünüməşğulluğunun təmin edilməsi üçün zəruri olan əmlakın (inventarların, maşın və avadanlıqların) satın alınmasına təxminən 6 mln. manat yönəldəcək.
www.tender.gov.az saytında dərc olunmuş materiallara əsasən, «AzNest» MMC ilə müvafiq müqavilə imzalanıb.
Müqavilənin dəyəri 5 mln. 982,552 min manatdır.*
B.Rüstəmbəyov