RF hökumətinin sədri Dmitri Medvedev Əli Əsədovu Azərbaycanın baş naziri postuna təyin olunması münasibətilə təbrik edib. Bu barədə RF hökumətinin mətbuat xidməti çərşənbə axşamı məlumat verib.
“Rusiya və Azərbaycanı mehriban qonşuluq, dostluq və tərəfdaşlıq münasibətləri birləşdirir. Ticarət-iqtisadi və investisiya əlaqələri yüksələn xəttlə inkişaf edir, energetika, sənaye, infrastruktur, elm və mədəniyyət sahələrində perspektiv layihələr reallaşdırılır”, - rusiyalı baş nazirin teleqramında deyilir.
“Gələcəkdə ikitərəfli əməkdaşlığın bütün kompleksinin inkişafı, müxtəlif sahələrdə yeni qarşılıqlı səmərəli təşəbbüs və proqramların irəli sürülməsi məqsədilə hökumət xətti ilə fəal birgə fəaliyyətə hazırlığı təsdiq etmək istərdim”, - Medvedev qeyd edib. **