2019-cu ilin yanvar-sentyabr aylarında Ukrayna neft və neft xammalı idxalını 2018-ci ilin analoji dövrü ilə müqayisədə 4,1% - 545,601 min tonadək azaldıb.
Dövlət Fiskal Xidmətin məlumatına görə, cari ilin 9 ayı ərzində $280,175 mln. məbləğində xammal idxal olunub, bu da bir il əvvəlin göstəricisindən 11,8% azdır ($317,603 mln.).
Azərbaycandan $249,781 mln. məbləğində (pay - 89,15%), ABŞ-dan - $25,098 mln. məbləğində (8,96%), Qаzаxıstandan - $2,596 mln. məbləğində (0,93%), digər ölkələrdən - $2,699 mln. məbləğində (0,96%) xammal daxil olub.
Yanvar-sentyabrda Ukrayna $0,053 mln. məbləğində 0,103 min ton neft və neft xammalı ixraca yönəldib. İyunda bütün həcm Latviyaya göndərilib. **