Gürcüstanın baş naziri Giorgi Qaxariya əmindir ki, Baki ilə Tbilisi arasında qardaşcasına və dostacsına həlli mümkün olmayan məsələlər yoxdur.
Bunu Qaxariya çərşənbə günü Bakıda Azərbaycan prezidenti İlham Əliyev ilə görüşdə bəyan edib. Bu barədə Gürcüstan hökumətinin mətbuat xidməti məlumat verir.
Qaxariya qeyd edib ki, təsadüfi deyil ki, ilk xarici səfərini məhz Azərbaycana edib. O vurğulayıb ki, bu səfər ilə bir daha düşmənlərə və bədxahlara sübut edir ki, iki ölkə arasında həlli olmayan problem yoxdur.
“Görüş zamanı Əliyev və Qaxariya diqqəti iki ölkə arasında strateji tərəfdaşlığın əsas istiqamətləri, ikitərəfli əməkdaşlığın gündəliyinin mühüm məsələləri və Azərbaycanla Gürcüstanın birgə reallaşdırılan layihələr üzərində regional işə yönəldiblər”, - məlumatda qeyd olunur.
Qaxariya əlavə edib ki, Gürcüstan və Azərbaycan etibarlı tərəfdaşdır. “Bizim tərəfdaşlığımız regional əhəmiyyət çərçivəsindən kənara çıxaraq beynəlxalq səviyyəli mövzuya çevrilib, xüsusilə iqtisadi mənada, tranzit, enerji daşıyıcıları, nəqliyyat, ticarət sahələrində. Gürcüstan və Azərbaycan beynəlxalq formatlarda biri-birini qətiyyətlə dəstəkləyir. Və bu prinsipial olaraq vacibdir”, - baş nazir qeyd edib. Qaxariya Gürcüstanın suverenliyi və ərazi bütövülüyünü dəstəklədiyinə görə Azərbaycan prezidentinə minnətdarlığını bildirib.
Öz növbəsində,Əliyev baş nazir postuna təyinatı münasibətilə Giorgi Qaxariyanı təbrik edərək edib ki, baş nazirin ilk səfərini məhz Azərbaycana etməsi faktını yüksək dəyərləndirir.
“Bu sübut edir ki, Gürcüstan və Azərbaycan yaxın dost və tərəfdaşdır. Bizim üçün Gürcüstan - ən yaxın dost, qonşu və tərəfdaşdır. Bizi tarix, coğrafiya birləşdirir və bu münasibətlərimizin inkişafı üçün vacibdir. Gürcüstanda yaşayan azərbaycanlılar və Azərbaycanda yaşayan gürcülər bu münasibətlıərin inkişafında böyük rol oynayırlar”, - Əliyev bildirib.
Həmçinin, prezidentin rəyinə görə, artıq çoxdan beynəlxalq səviyyəyə qalxan energetika, neft, qaz, nəqliyyat sahələrində əməkdaşlığın böyük önəmini vurğulayıb. **
A.Əzizov