Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Dövlət Toxum Fondu silos avadanlıqlarının satın alınmasına təxminən 605 min manat yönəldəcək.
www.tender.gov.az saytında dərc olunmuş məlumata görə, fond «Sigma Energy Marine Fze» şirkətinin Azərbaycandakı nümayəndəliyi ilə silos avadanlıqlarının alınıb quraşdırılması haqqında müqavilə bağlayıb.
Müqavilənin dəyəri 604,159 min manatdır.*
B.Rüstəmbəyov