Azərbaycanda Rumıniyanın «Logistics Management Solutions» şirkətinin filialı açılıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Maliyyə Nazirliyindən məlumat verilib.
Şirkət 30 sentyabr 2019-cu il tarixində Vergilər Nazirliyində dövlət qeydiyyatından keçib. Şirkətin nizamnamə kapitalı 23 min 209,78 manat təşkil edib.
Şirkətin rəsmi nümayəndəsi Səkinə Ələkbərovadır.
Bundan başqa, sentyabr ayında 90,162 min manat nizamnamə kapitalına malik “Sabunçu Ticarət Təchizat” şirkəti Azərbaycanda qeydiyyata alınıb. Şirkətin təsisçisi Yusif Musayevdir. Müşahidə Şurasının tərkibinə Məzahim Həsənov və Tahir Hümbətov daxildir.
Həmçinin hesabat ayında “Nubires” (nizamnamə kapitalı 200 min manat), “Sultan Almansoori” (nizamnamə kapitalı 70 min manat) və “Az Agro Tek” (nizamnamə kapitalı 150 min manat) şirkətləri dövlət qeydiyyatından keçib. Şirkətlərin rəsmi nümayəndələri müvafiq olaraq Anton Suşin, Sultan Hamad Almansuri və Elbrus İsmayılovdur.*
Ə.Məmmədov