Cari ilin əvvəlindən Azərbaycan Çuvaşıstan və RF-nin Ulyanovsk vilayətindən 30 min tona yaxın buğda idxal edib. Bu barədə Rusiya mətbuatı məlumat verir.
2019-cu ilin əvvəlindən Çuvaşıstan Respublikası və Ulyanovsk vilayəti üzrə Rosselxoznadzor İdarətsi tərəfindən ixraca göndərilən ümumilikdə 39 min tondan çox taxıl və onun emal məhsulları yoxlanılıb.
Yüklər Polşa, Belarus, Azərbaycan, Monqolustan, İtaliya, İran, Belçika və Latviyaya göndərilib.
Taxılın bütün partiyası avtomobil və dəmir yolu nəqliyyatı ilə göndərilib.
Yüklər dünyanın 8 ölkəsinə göndərilib. Çuvaşıstan və Ulyanovsk vilayətindən çovdar və yulaf əsasən Latviya,taxıl – Azərbaycana göndərilib. Bu dövr ərzində Azərbaycana 30 min tona yaxın taxıl göndərilib. **
B.Rüstəmbəyov