Azərbaycan və Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın növbəti iclası noyabrın ikinci yarısında Bakıda keçiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Gürcüstanın Azərbaycandakı səfirliyindən məlumat verilib.
“Komissiyanın iclası noyabrın ikinci yarısında Bakıda keçiriləcək. İclasın gündəliyi və tarixi hələ dəqiqləşdirilir”, - deyə məlumatda bildirilir.
Gürcüstanın baş naziri Giorgi Qaxariya bu gün Nazirlər Kabinetinin iclasında qeyd edib ki, Bakı və Tbilisi arasında hökumətlərarası komissiyanın iclası uzun illərdir keçirilməyib. Bakıda keçiriləcək iclas iqtisadi əməkdaşlığımızı təkmilləşdirmək və genişləndirmək üçün əsas və təsirli vasitə olacaq.
Komissiyanın iclası sonuncu dəfə 2011-ci ilin dekabr ayında Tbilisidə keçirilib.*
F.İsazadə