11-13 oktyabr tarixlərində Azərbaycanda Rusiya Mədəniyyət Günləri keçiriləcək. Bu barədə RF Mədəniyyət Nazirliyi məlumat verir.
“2019-cu il 11-13 sentyabr tarixlərində Azərbaycanda Rusiya Mədəniyyət Günləri keçiriləcək. Bakının ən yaxşı meydançalarında Risiyanın əməkdar incəsənət xadiməri və kollektivlərinin konsertləri keçiriləcək”, - məlumatda deyilir.
Bildirilir ki, Mədəniyyət Günləri oktyabrın 11-də Heydər Əliyev adına Sarayda “Beryozka” ansamblının çıxışı ilə açılacaq. Oktyabrın 13-də isə Azərbaycan Dövlət Akademik Filarmoniyada tanınmış pinoçu, pedaqoq, Moskva Dövlət Fuilarmoniyasının solisti, beynəlxalq müsabiqələr laureatı Nikolay Luqanski çıxış edəcək.
Miqyaslı mübadilə layihəsi olan Mədəniyyət Günləri Rusiya ilə Azərbaycan arasnda 1994-cü ildən etibarən reallaşdırılır. Hər il iki ölkədə dost xalqların musiqi, xoreoqrafiya və bədii irsinin ən yaxşı nümunələr nümayiş olunur.
Tədbirlər RF və AR Mədəniyyət nazirliklərinin dəstəyi ilə keçirilir. Layihənin təşkilatçısı – “ROSKONSERT” musiqili və festival proqramlarının Federal direktorluğudur. **
F.İsazadə