Rusiyanın dərman istehsalçısı “Nanolek” şirkəti Azərbaycanda allergiyaya qarşı və ürək-damar xəstəliklərinin müalicəsi üçün 3 pərakəndə preparatı qeydiyyata alıb. Bu barədə “Kommersant” məlumat verir.
“Şirkətdən qeyd ediblər ki, Azərbaycanda üç beynəlxalq patentləşdirilməmiş adı artıq qeydiyyadan keçiriblər: “Nalorius” brendi altında allergiyaya qarşı preparat, həmçinin ürək-damar xəstəliklərinin müalicəsi üçün istifadə olunan “Ramipril-Nanolek” və “Nebivolol-Nanolek”i. Artıq bu il tədarükə başlamaq planlaşdırılır, 2019-cu ilodə onların ümumi həcmi 50 min qutu, 2020-ci ildə isə 110 min qutuya qədər arta bilər”, - məqalədə qeyd edilir.
Şirkətdən qeyd ediblər ki, Azərbaycanda bu üç preparatın analoqu artıq var, lakin şirkətin dərmanlarının qiyməti 10-15% aşağı olacaq.
Azərbaycanda qeydiyyatdan keçən dərmanlar isə pərakəndə apteklərdə realizə olunacaq.
DSM Group-un baş direktoru Sergey Şulyak bildirir ki, Azərbaycanın pərakəndə dərman bazarı Rusiya, Qazaxıstan və Ukraynadan sonra MDB ölkələri arasında yalnız 4-cü yerdədir, dövriyyəsi isə $1,5 mlrd. səviyyəsindədir.
“Nanolek”in Azərbaycanı seçməyini şirkətin yerli aptek şəbəkəsi qismində tərəfdaşlarının olması ilə izah etmək mümkündür.
“Nanolek” şirkəti 2011-ci ildə təsis olunub. 2018-ci ildə şirkətin gəliri 4,7 mlrd. rubl, xalis mənfəəti – 146,5 mln. rubl təşkil edib.
“Nanolek” vaksinlərin buraxılışında ixtisaslaşır. Lakin son bir neçə il ərzində şirkət digər xəstəliklər, o cümlədən QİÇS-in müalicəsi üçün bir sıra preparatları qeydiyyatdan keçirib. **
Ə.Məmmədov