“Expressbank” “AzeriCard” prosessinq mərkəzinə qoşulub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdakı mənbə məlumat verib.
"Bankın “AzeriCard” prosessinq mərkəzinə qoşulması müştərilərə xidmət göstərilməsini sadələşdirəcək və təhlükəsiz edəcək”, - deyə mənbə bildirib.
Daha əvvəl banka “Millikart” prosessinq mərkəzində xidmət göstərilirdi.
“AzeriCard” prosessinq mərkəzi Azərbaycan Beynəlxalq Bankına (ABB) məxsusdur.
“Expressbank” 1989-cu ildə yaradılıb və Azərbaycanın 20 aparıcı bankından biridir. Bankın səhmdarları fərdi şəxslərdir.*
Ə.Məmmədov