Avropa İttifaqı (Aİ) "Şərq Tərəfdaşlığı" Proqramı çərçivəsində Azərbaycanla bir sıra prioritetləri və Belarus ilə vizasız rejim üzrə bəzi bəndləri razılaşdırıb. Bunu cümə günü Bakıda Avropa Komissiyasının Qonşuluq siyasəti və genişlənmə danışıqları üzrə Baş Direktorluğunun Tərəfdaşlıq şöbəsinin müdiri Vasilis Maraqos deyib.
“Azərbaycanla mühüm uğurlar əldə etmişik, tərəfdaşlıq üzrə prioriteləri razılaşdırmışıq, onlar əməkdaşlığın bir sıra hədəflərini müəyyən ediblər”, - Maraqos bildirib.
Maraqosun sözlərinə görə, ən vacib məsələ ondan ibarətdir ki, hazırda Bakı və Brüssel “daha geniş tələbləri gündəliyə çıxaran” strateji tərəfdaşlığa dair yeni sazişi müzakirə edir.
“Bundan başqa, Belarus ilə viza rejiminin sadələşdirilməsi üzrə müvafiq bəndləri razılaşdımağa müvəffəq olduq. Məqsədimiz insanların yer dəyişdirməsini sadələşdirməkdən ibarətdir”, - o qeyd edib.
O cümlədən, diplomat qeyd edib ki, proqram çərçivəsində üzv ölkələrdə minlərlə yeni yeri yaradılıb. “Son 10 il ərzində özəl sektorun dəstəklənməsi məqsədilə 3 min iş yeri yaradılıb. "Şərq Tərəfdaşlığı"na üzv olan digər ölkələrdə bu göstərici daha yüksəkdir. Buna görə Azərbaycanda həyata keçirməyi planlaşdırdığımız işlərin potensialı daha genişdir”, - Maraqos bildirib.
"Şərq Tərəfdaşlığı" təşəbbüsünün iştirakçıları Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, Moldova və Ukraynadır. **
F.İsazadə