Cümə günü səhər Bakıdan Dubaya uçan “FlyDubai” aviaşirkətinə məxsus təyyarə Şiraz şəhərinin (İran) hava limanına məcburi eniş edib. Bu barədə “AzərTac” agentliyi məlumat verir.
Şirazın beynəlxalq hava limanının rəisi Ehsan Ostavari jurnalistlərə bildirib ki, pilotlar təyyarədə tüstüləmə gördükdən sonra bu cür qərar qəbul ediblər.
“Təyyarədəki 124 sərnişin və 6 ekipaj üzvü təxliyə edilib. Təyyarənin yanına təcili tibbi yardım və yanğınsöndürən maşınları gəlib”, - məlumatda qeyd edilir.
Sərnişinlər başqa təyyarə ilə Dubaya yola salınacaq. **
X.Nəsirzadə