Avropa İttifaqı (Aİ) aviasiya sahəsində əməkdaşlığa (“açıq səma”) dair sazişin imzalanması üçün danışıqların başa çatdırılması məqsədilə Azərbaycandan bu sazişlə bağlı yekun texniki təklifləri gözləyir. Bu barədə bu gün jurnalistlərə Aİ-nin Bakıdakı nümayəndəliyinin rəhbəri Kestutis Jankauskas məlumat verib.
“Biz (Azərbaycan tərəfdən - İF) saziş layihəsi ilə bağlı son texniki təklifləri gözləyirik. Bundan sonra danışıqların sonuncu raundu keçiriləcək və onun yekunları üzrə sənədi imzalamaq olar”, – deyə o, “İnterfaks-Azərbaycan” agentliyinin müxbirinin sualına cavab olaraq bildirib.
“Açıq səma” sazişinin mahiyyəti Azərbaycan və Aİ ölkələri arasında hava əlaqəsinin (sərnişin və yük daşımaları) sadələşdirilməsindən ibarətdir.
Azərbaycan 2016-cı ildə ABŞ-la belə saziş imzalayıb.*
F.İsazadə