Noyabr ayında Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında strateji tərəfdaşlığa dair yeni saziş üzrə danışıqların növbıti raundu keçirilə bilər. Bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas cümə günü jurnalistlərə bildirib.
“Noyabrda mümkündür”, - Yankauskas saziş layihəsinə dair danışıqların növbəti raundunün keçirilməsi ilə bağlı suala cavabında bildirib.
Aİ Xarici İşlər Nazirləri Şurası 14 noyabr 2016-cı il tarixində Azərbaycanla saziş üzrə danışıqların aparılması üçün Avropa Komissiyası və Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsinə mandat verib.
Yeni sazişlə bağlı danışıqlara 2017-ci il fevralın 7-də başlanılıb.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun sözlərinə görə, danışıqları yekunlaşdırmağa çox yaxınıq. Onun sözlərinə görə, bu yaxınlarda tərəflər danışıqların bütün 3 hissələri üzrə sinxronlaşdırmağa müvəffəq olublar. “Belə ki, artıq 90%-i razılaşdırıldığına görə bu gün bizim olduqca yaxşı imkanımız var”, - nazir əlavə edib. **
F.İsazadə