Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu Abşeron rayonunda zəruri texniki infrastrukturu olan yeni yaşayış məhəlləsinin layihələndirilməsinə 363 min manatdan çox vəsait yönəldəcək.
www.tender.gov.az saytının məlumatına əsasən, Fond layihə işlərinin icrasına dair «Məkan-İnşaat» MMC ilə müqavilə imzalayıb.
Yaşayış məhəlləsi Sumqayıt şəhərində yataqxanalarda müvvəqqəti məskunlaşmış 1,152 min məcburi köçkün ailəsi üçün nəzərdə tutulur.
Müqavilənin dəyəri – 363,353 min manatdır. **
X.Nəsirzadə