Azərbaycanda pensiya sisteminin inkişafı çərçvəsində qısa, orta və uzunmüddətli dövr üçün “yol xəritəsi” tərtib olunur. Bu barədə bazar ertəsi əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev jurnalistlərə məlumat verib.
“Müvafiq dövlət strukturları ilə birlikdə ilkin layihələr (“yol xəritələri”nin - İF) hazırlamışıq. Beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində üç dövr üçün “yol xəritələri” tərtib olunub”, - Babayev qeyd edib.
O vurğulayıb ki, nazirlik xarici ekspertlərlə birgə 2025-ci, 2030-cu və 2025-ci illərə qədər demoqrafik inkişaf üzrə proqnozlar hazırlayır. “Həmin proqnozlara əsasən pensiya sisteminin təkmilləşdirilməsinə dair gələcək qərarlar qəbul olunacaq”, - Babayev əlavə edib. **
X.Nəsirzadə