2019-cu ilin yanvar-sentyabr aylarında “Nikoil” İnvestisiya-Kommersiya Bankı aktivlərini 7,2% - 446 mln. 986,08 min manata qədər artırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
Sentyabrın 30-na bankın kredit portfeli 290 mln. 28,68 min manat (2018-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 2,6%) təşkil edib.
Hesabat dövrünün sonuna “Nikoil” İKB-nin öhdəlikləri 381 mln. 958,75 min manata (artım 8,7%) bərabərdir.
Oktyabrın əvvəlinə bankda depozitlər 20 mln. 725,43 manat (artım 22,8%) təşkil edir.
30 sentyabr 2019-cu il tarixinə bankın kapitalı 65 mln. 27,33 min manat (azalma 1%), nizamnamə kapitalı 348 mln. manat (dəyişməyib) məbləğindədir.
Yanvar-sentyabr aylarının yekunları üzrə bankın xalis zərəri 1 mln. 620,49 min manat (bank ötən ilin müvafiq dövrünü 79 mln. 901 min manat məbləğində zərərlə başa vurub – İF) təşkil edib.
“Nikoil” Bank 1994-cü ildən Azərbaycanda fəaliyyət göstərir. “Bankın əsas səhmdarı “Topaz Investment” şirkətidir. Nəticədə, bank Rusiyanın “LUKOİL” neft şirkətinin prezidenti Vaqit Ələkbərovun nəzarəti altındadır. **
A.Əzizov