Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) tərəfindən 2019-cu ilin yanvar-sentyabr aylarında 108,513 min manat məbləğində gecikdirilmiş sosial xarakterli ödənişlərin işçilərə ödənilməsi təmin olunub. Bu barədə nazirliyin məlumatında deyilir.
“Görülən tədbirlər nəticəsində 93%-i əməkhaqlarından, qalan hissəsi isə kompensasiyalardan, zərərə görə ödənclərdən və s. ibarət olan həmin vəsaitin işəgötürənlər tərəfindən işçilərə ödənilməsi təmin olunub”, - deyə məlumatda bildirilir.
Dövlət Əmək Müfəttişliyi Xidməti hesabat dövründə vətəndaş müraciətlərinin araşdırılması zamanı 82 işçinin əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verildiyini müəyyən edib.*
X.Nəsirzadə