Ermənistanın baş naziri Nikol Paşinyan ATƏT-in Minsk qrupunun həmsədrləri ilə Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesini müzakirə edib. Bu barədə bu gün Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
"Münaqişə tərəfləri arasında etimadın möhkəmləndirilməsi kontekstində atəşkəs rejiminin gücləndirilməsinə yönəlmiş tədbirlərin əhəmiyyəti vurğulanıb. Ermənistanın baş naziri və ATƏT-in Minsk qrupunun həmsədrləri, həmçinin xalqları sülhə hazırlamağın vacibliyinə də toxunublar", - deyə məlumatda bildirilir.*