1 oktyabr 2019-cu il tarixinə “Azərbaycan Sənaye Bankı”nın (ASB) aktivləri 939,661 mln. manat təşkil edir ki, bu da ötən ilin sonuna olan göstəricidən 14,3% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
Hesabat dövrünün sonuna bankın kredit portfeli 314,686 mln. manata (2019-cu ilin yanvar-sentyabr aylarında artım 10% - İF) bərabərdir.
Aktivlərin strukturunda ASB-nin banklar da daxil olmaqla maliyyə institutlarında olan depozitləri xüsusi çəkiyə malikdir, onların həcmi 516,968 mln. manat (artım 12,1%) təşkil edir.
30 sentyabr 2019-cu il tarixinə bankın öhdəlikləri 840,977 mln. manat (9 ay ərzində artım 15,1%) təşkil edib.
Hesabat dövrünün sonuna ASB-nin depozit portfeli 670,801 mln. manata (artım 20,1%) bərabərdir.
Sentyabrın 30-na bankın kapitalı 98 mln. 684,54 min manat (artım 7,2%), nizamnamə kapitalı 60 mln. manat (dəyişməyib) təşkil edir.
Yanvar-sentyabr aylarında fəaliyyətinin yekunları üzrə ASB-nin xalis mənfəəti 6 mln. 646 min manat (ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə artım 41,2%) məbləğində olub.
“Azərbaycan Sənaye Bankı” ASC 1996-cı ildə yaradılıb və aktivlərinin həcminə görə 6-cı yerdədir.**
A.Əzizov