Koreya Xalq Demokratik Respublikasının (KXDR) nümayəndə heyəti Qoşulmama Hərəkatının sammitində iştirak məqsədilə çərşənbə axşamı Pxenyandan Bakıya səfərə yola düşüb. Bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi məlumat verir.
“Oktyabrın 22-də Koreya Dövlət Şurasının sədr müavini, Ali Xalq Məclisinin Rəyasət Heyətinin sədri Çve Renq Henin rəhbərlik etdiyi nümayəndə heyəti Qoşulmama Hərəkatının 18-ci sammitində iştirak məqsədilə Bakıya yola düşüb”, - məlumatda deyilir.
25-26 oktyabr tarixlərində Bakıda Qoşulmama Hərəkatının 18-ci sammiti keçiriləcək. **
X.Nəsirzadə