Prezident Adminsitrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti seçilib.
R.Mehdiyevin namizədliyi AMEA-nın prezidenti Akif Əlizadə tərəfindən irəli sürülüb. A.Əlizadə səhhəti ilə əlaqədar tutduğu vəzifədən istefa verib.
“Bu gün Azərbaycan Milli Elmlər Akademiyasına yeni prezident seçkiləri keçirilib. R.Mehdiyev AMEA-nın prezidenti seçilib”, – deyə AMEA-dan “İnterfaks-Azərbaycan” agentliyinə bildirilib.
Prezident İ.Əliyev bu gün R.Mehdiyevin Prezident Administrasiyasının rəhbəri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
İ.Əliyev, həmçinin R.Mehdiyevin “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Bundan başqa, prezidentin fərmanı ilə R.Mehdiyev Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının tərkibinə daxil edilib.
R.Mehdiyev 1995-ci ilin fevral ayından Prezident Administrasiyasının rəhbəri olub.*
X.Nəsirzadə