Türkiyə və İran XİN başçıları Mövlud Çavuşoğlu və Cavad Zərif Bakıda keçriilən görüş zamanı Suriyadakı vəziyyəti müzakirə ediblər. Bu barədə cümə axşamı Türkiyə və İran mətbuatı məlumat verib.
Nazirlər arasında danışıqlar Qoşulmama Hərəkatının sammiti ərəfəsində Nazirlər Görüşü çərçivəsində baş tutub.
Məlumata əsasən, Zərif və Çavuşoğlu Suriyanın şimalındakı vəziyyəti və Astana prosesi çərçivəsində danışıqları, həmçinin ikitərəfli münasibətləri müzakirə ediblər.
Nazirlərin görüşü RF ilə Türkiyə arasında, Ankaranın təhlükəsizlik zonasının yaradılması üzrə əməliyyat keçirdiyi Suriyanın şimalında hərbi əməliyyatların dayandırlması və vəziyyətin tənzimlənməsinə dair razılıq əldə edildikdən sonra baş tutub.
İran və Türkiyə Rusiya ilə birlikdə Suriyada atəşkəs üzrə qarant ölkələrdir. **